Ötən il Azərbaycan yeni silah və hərbi texnikalar alıb

Ötən il Azərbaycan yeni silah və hərbi texnikalar alıb
  14 Yanvar 2020    Oxunub:4111
Bizim hərbi potensialımız da möhkəmləndi. Keçən il bir çox silahlar, sursatlar, hərbi texnika alınıb və Azərbaycanda istehsal olunub. Təsadüfi deyil ki, Azərbaycan Ordusu hərbi potensialına, maddi-texniki təchizatına və döyüş qabiliyyətinə görə dünyada 52-ci yerdədir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə deyib.

Dövlət başçısı keçən il əldə edilmiş nəticələrin, o cümlədən hərbi şəhərciklərin tikilməsinin, təmirinin, yeni müasir texnika ilə təchizat məsələlərinin həllinin hərbi gücümüzü daha da artırdığını qeyd edib.

Azvision.az


Teqlər: Prezident   İlhamƏliyev  





Xəbər lenti