Polis quldurluq edən şəxsi tutdu - FOTO

Polis quldurluq edən şəxsi tutdu -    FOTO
  14 Yanvar 2020    Oxunub:2708
Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini C.Əliyev yanvarın 13-də saat 15 radələrində S.Məmmədova küçəsində 1 nəfərin onu bıçaqla hədələyərək pulunu aldığını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məılumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Vahim İsmayılov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti