Bakıda erməni konfetləri satılır? - AQTA-dan açıqlama

   Bakıda erməni konfetləri satılır? -    AQTA-dan açıqlama
  13 Yanvar 2020    Oxunub:11578
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda Ermənistan istehsalı konfetlərin satılması ilə bağlı məsələni araşdırır.

AQTA-dan Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, məlumatlar mediadan götürülərək araşdırmalara başlanılıb: “Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Araşdırmalar yekunlaşdıqdan sonra nəticələri ilə bağlı məlumat veriləcək”.
Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən marketlərdə Ermənistanda istehsal edilən konfetlərin satılmasına dair görüntülər yayılıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: AQTA   Konfet  





Xəbər lenti