Vilayət Eyvazov yeni geyim formalarına baxış keçirdi

Vilayət Eyvazov yeni geyim formalarına baxış keçirdi
  13 Yanvar 2020    Oxunub:3308
Azərbaycanda yol polisləri yeni uniforma ilə təmin edilib.
Azvision.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yanvarın 13-də Əlahiddə Çevik Polis Alayının böyük idman zalında Yol Patrul Xidməti əməkdaşlarının yeni geyim formalarının tətbiqi ilə əlaqədar sıra baxışı keçirib.

Qeyd edək ki, uniformalar əvvəlcə Bakı şəhərində xidmət aparan Yol Patrul Xidməti əməkdaşlarına təqdim edilib. Yaxın günlərdə geyim formalarının respublika üzrə bütün yol polislərinə verilməsi gözlənilir.

Azvision.az



Teqlər: DİN   Vilayət-Eyvazov   Polis  





Xəbər lenti