Prezident Qubada `Rixos` otelin açılışında - FOTOLAR

Prezident Qubada `Rixos` otelin açılışında - FOTOLAR
  20 Dekabr 2013    Oxunub:4784
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin şimal regionuna səfəri çərçivəsində dekabrın 20-də Qubada "Rixos Quba Azerbaijan" otel kompleksinin açılışında iştirak edib.

"Rixos Quba Azerbaycan" oteli Qudyalçayın sahilində inşa olunub. Yüksək keyfiyyətli müxtəlif xidmətlərin göstəriləcəyi otel kompleksi maraqlı memarlıq üslubunda tikilib. Avanqard və modern memarlıq üslublarının sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunub.

Otel kompleksi yeddimərtəbəli əsas binadan, 16 villadan, üç restoran və bir gecə klubundan, əyləncə parkından, qolf sahəsində və digər müasir xidmət obyektlərindən ibarət olmaqla 210 hektar ərazini əhatə edir. Oteldə tennis kortu, voleybol, basketbol, mini futbol sahələri də yaradılıb. Villalar 7 otaqdan ibarətdir. Bundan əlavə, sauna, masaj otağı, idman salonu, ev kinoteatrı, istirahət otağı, terraslar və digər xidmət infrastrukturu müştərilərin ixtiyarına veriləcək.

Otelin "The Challette" restoranı yüksəklikdə - mənzərəli ərazidə yerləşir. Restorana getmək üçün kanat və avtomobil yolları varr.

Burada fəaliyyət göstərən "Planet Quba" əyləncə mərkəzi 1000 nəfər üçün nəzərdə tutulmuş ailəvi məkandır. Əyləncə mərkəzi bütün növ xidmətlər və hər cür oyun avadanlığı ilə təchiz olunub. Oteldə 4-12 yaşındakı uşaqlar üçün nəzərdə tutulan "Rixy clubda" balacalara əyləncəli proqram təşkil edilir. Burada müxtəlif mərasimlər keçirmək üçün gözəl şərait var.

Kompleksə xüsusi gözəllik verən qolf sahəsinin ərazisi 68 hektardır. Burada Azərbaycanda ilk və yeganə qolf kursları təşkil olunacaq.

"Rixos Quba Azerbaycan" otelində 300-dən çox daimi iş yerinin açılması nəzərdə tutulur.

Qalereya




Teqlər:  





Xəbər lenti