Bakıda küçədən 13 yaşlı qız tapılıb

  13 Yanvar 2020    Oxunub : 1790
Bakıda küçədən 13 yaşlı qız tapılıb
Yanvarın 10-da saat 23.30-da Nəsimi rayonunun Cavadxan küçəsində tənha olan azyaşlı qız ərazidə xidmət aparan Rayon Mühafizə İdarəsinin əməkdaşlarının diqqətini cəlb edib və ona yaxınlaşıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbaut xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən onun Bakı şəhər sakini, 13 yaşlı A.Fikrətli olması müəyyən edilib. Tapılan azyaşlı valideynlərinə təhvil verilib.

Azvision.az

Teqlər: DİN