Tabor komandirlərinin toplantısı keçirilir

Tabor komandirlərinin toplantısı keçirilir
  13 Yanvar 2020    Oxunub:3505
Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplantı keçirilir.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, toplantıda zabitlərin bilik və praktiki vərdişləri qiymətləndirilir, həmçinin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri yoxlanılır.

Şəxsi heyət rəhbər sənədləri bilmələri üzrə test, atəş, taktiki-xüsusi və fiziki hazırlıq, eləcə də döyüş maşınlarının idarə olunması üzrə məqbullar verir.

Azvision.az



Teqlər: MN  





Xəbər lenti