Həftənin ilk iş günü yağış yağacaq

 Həftənin ilk iş günü yağış yağacaq
  12 Yanvar 2020    Oxunub:3346
Azərbaycanda yanvarın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5°, gündüz 6-8° isti, Bakıda gecə 3-5°, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 762 millimetr civə sütunundan 770 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı ehtimal edilir.

Azvision.az


Teqlər: ETSN   Hava  





Xəbər lenti