Avtobusda tapılan pul və qızıl sahibinə qaytarıldı

Avtobusda tapılan pul və qızıl sahibinə qaytarıldı
  11 Yanvar 2020    Oxunub:3550
Bu gün səhər 49 nömrəli müntəzəm marşrut xətti üzrə 90 VS 437 DQN-lı avtobusda vətəndaşa məxsus sənədlər, 1200 azn pul və qızıl zinət əşyaları aşkar edilib.
Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

O bildirib ki, avtobus sonuncu dayanacaqda olan zaman aşkarlanan vəsaitlər xətt üzrə səlahiyyətli şəxsə təhvil verilib: "Bir qədər sonra bir nəfər xanım (öz istəyi ilə adı açıqlanmır) müraciət edərək sənəd, pul və qızıl zinət əşyalarını səhər saatlarında avtobusda unutduğunu bildirib. Tapılan sənədlərin, pul vəsaitinin və qızıl zinət əşyalarının xanıma məxsus olduğu təsdiq olunandan sonra ona təhvil verilib. Əşyalarının tapılmasından mənun olan sərnişin buna görə təşəkkürünü bildirib".

Azvision.az


Teqlər: BNA   Pul   Qızıl  





Xəbər lenti