“Bələdiyyə seçkiləri ilə bağlı görüntülərə 2-3 dəfə baxmışıq” - MSK sədri

 “Bələdiyyə seçkiləri ilə bağlı görüntülərə 2-3 dəfə baxmışıq” -  MSK sədri
  11 Yanvar 2020    Oxunub:3529
“Ötən ilin dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı görüntülərə Mərkəzi Seçki Komissiyasının üzvləri ilə birlikdə 2-3 dəfə baxmışıq”.

Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O bildirib ki, həmin görüntülər ciddi araşdırılıb: “Əgər ciddi məqamlar aşkarlanıbsa, MSK tərəfindən nəzərə alınıb. Bələdiyyə seçkilərinin yekunları ilə bağlı qərarda da bu, əksini tapacaq”.

MSK sədri qeyd edib ki, bəzi insanlar diqqəti daha çox sosial şəbəkələrlə tərəfdar yığmağa yönəldib: “Ümumi xarakterli narazılıq əvəzinə konkret hansı məntəqədə hansı pozuntuların olması barədə faktlar təqdim olunmalıdır. Konkret pozuntulardan danışılmalıdır. Bu, şikayət etmək üçün adi tələblərdir. Seçki Məcəlləsinin tələbinə əsasən, pozuntu varsa, müşahidə edilməli və yuxarı seçki komissiyalarına müraciət edilməlidir. Gələcəkdə daxil olan müraciətlərdə bu məlumatlar əksini tapmalıdır. Pozuntuların kim tərəfindən müşahidə edilərək təqdim edilməsi açıqlanmalıdır. Bu, qanunvericiliyin tələbidir. Yoxsa istənilən bir şəxsin bütün məntəqələrə getməsi və səsvermədə pozuntulara yol verildiyini iddia etməsi normal hal deyil”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Parlament  





Xəbər lenti