MSK DSK-nın qərarını ləğv edib

 MSK DSK-nın qərarını ləğv edib
  11 Yanvar 2020    Oxunub:2216
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 41 saylı Sumqayıt Birinci Seçki Dairəsi üzrə namizədliyi irəli sürülmüş Murad Rəhimlinin müraciətinə baxılıb.

Azvision.az xəbər verir ki, müraciət barədə MSK üzvü Qabil Orucov məlumat verib.
O bildirib ki, 41 saylı Sumqayıt Birinci Dairə Seçki Komissiyası (DSK) imza vərəqələrindəki problemi əsas gətirərək M.Rəhimlinin namizədliyini qeydə almayıb.

Müzakirələrdən sonra MSK DSK-nın qərarını ləğv edərək M.Rəhimlinin namizədliyini qeydə alıb.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Bələdiyyə  





Xəbər lenti