Bayram günlərində 16 nəfər dəm qazından zəhərlənib

  Bayram günlərində 16 nəfər dəm qazından zəhərlənib
  11 Yanvar 2020    Oxunub:2352
Bayram günlərində 16 nəfər dəm qazı zəhərlənməsi ilə əlaqədar Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib.
Bu barədə Azvision.az -a şöbənin baş həkimi, Azərbaycanın baş toksikoloqu Azər Maqsudov məlumat verib. Onun sözlərinə görə, müraciət edənlərdən 6 nəfəri mərkəzə yerləşdirilib.

"Ümumilikdə, ölüm hadisəsi olmayıb. Bundan əlavə, 4 nəfər həkim təyinatı ilə soyuqdəymə əleyhinə içilən dərmanların allergik reaksiyası nəticəsində bizə müraciət edib".

Aytən Zəhra
Azvision.az


Teqlər: Mərkəz   Dəm-qazı  





Xəbər lenti