Avtobusda silahla gəzdiyi deyilən şəxsin kimliyi bilinib

Avtobusda silahla gəzdiyi deyilən şəxsin kimliyi bilinib
  11 Yanvar 2020    Oxunub:2903
Bakıda 165 saylı sərnişin avtobusunda üzərində odlu silahla hərəkət etdiyi iddiası ilə sosial şəbəkələrdə görüntüsü yayılan şəxsin kimliyi müəyyənləşdirilib.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Cinayət Axtarış İdarəsi aparılan araşdırmalar nəticəsində həmin şəxsin Binəqədi rayon sakini, 1983-cü il təvəllüdlü Ruslan Somov olması müəyyənləşdirib.

Baş idarəyə dəvət olunan R.Somovun üzərində daşıdığı əşyanın hər hanası odlu silah yox, balıqçı aləti olması subuta yetirilib.

Azvision.az



Teqlər: Polis   Avtobus   Silah  





Xəbər lenti