Bakı Beynəlxalq Dəniz Ticarət Limanından iddialara cavab

Bakı Beynəlxalq Dəniz Ticarət Limanından iddialara cavab
  10 Yanvar 2020    Oxunub:3027
Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Limanında Türkmənistan istiqamətində gəmi hərəkəti normal rejimdə həyata keçirilir.
Azvision.az xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin açıqlamasında bildirilib.

Məlumatda qeyd edilib k, Türkmənistana məxsus “Berkarar” gəmisinin təmirdə olması səbəbindən Bakı Limanında toplanan ağır yüklü nəqliyyat vasitələrinin (TIR) növbəsinin azalması üçün Azərbaycan və Türkmənistan tərəfindən müvafiq işlər həyata keçirilir. Hazırda 51 TIR yol vergisini ödədikdən sonra “Bəxtiyar” gəmisi ilə Türkmənbaşı limanına yola salınır.

Ümumilikdə, Bakı Limanından Türkmənistana yola düşəcək 300-ə yaxın TIR mövcud olan ardıcıllıqla tez bir zamanda yola salınacaq.

Bakı Limanı sürücülərin rahatlığı üçün müvafiq tədbirlər görür, gözləmə vaxtı onların yarana biləcək tələblərini ödəmək üçün iş aparır. Məsələ ilə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

Azvision.az



Teqlər:





Xəbər lenti