“Yanğında ölən əcnəbi qızlar bizim tələbələrimiz deyil” - Açıqlama

   “Yanğında ölən əcnəbi qızlar bizim tələbələrimiz deyil” -    Açıqlama
  10 Yanvar 2020    Oxunub:8195
Ötən gecə Bakının Səbail rayonunda ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində tüstüdən zəhərlənərək ölən 3 əcnəbi qız Qərbi Kaspi Universitetinin tələbələri deyil.
Bu barədə Azvision.az -a universitetin mətbuat katibi Vüsal Məmmədov məlumat verib. Onun sözlərinə görə, əcnəbi qızlar universitetdə ingilis dili kurslarında dinləyici olublar.

“Onlar hər hansı fakültədə oxumayıblar. Sadəcə ingilis dili kurslarında dinləyici olublar. Yəni bizim tələbələrimiz deyil”.

Qeyd edək ki, ötən gecə Bakının Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın baş verib. Yanğın nəticəsində 3 nəfər tüstüdən zəhərlənərək ölüb. Həlak olan şəxslər Şri-Lanka vətəndaşlarıdır. Hadisə isə əlaqədar Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Tələbə   Qız  





Xəbər lenti