3 əcnəbi qızın öldüyü yanğınla bağlı Səbail rayon Prokurorluğunda cinayət işi açıldı - RƏSMİ

3 əcnəbi qızın öldüyü yanğınla bağlı Səbail rayon Prokurorluğunda cinayət işi açıldı -   RƏSMİ
  10 Yanvar 2020    Oxunub:5853
Bakıda ölümlə nəticələnən yanğın hadisəsi ilə əlaqədar Səbail rayon Prokurorluğunda cinayət işi açılıb.

Bakı şəhər Prokurorluğundan Azvision.az -a verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, ötən gecə Bakının Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın baş verib. Yanğın nəticəsində 3 nəfər tüstüdən zəhərlənərək ölüb. Həlak olan şəxslər Şri-Lanka vətəndaşları olan tələbə qızlardır. Onların Bakıda fəaliyyət göstərən Qərbi Xəzər Universitetinin tələbələri olduğu bildirilir.

Azvision.az


Teqlər: Prokurorluq   Tələbə   Qız   Cinayət-İşi  





Xəbər lenti