Bu gün ilin ilk Ay tutulması baş verəcək

Bu gün ilin ilk Ay tutulması baş verəcək
  10 Yanvar 2020    Oxunub:2708
İlin ilk Ay tutulması yanvarın 10-dan 11-nə keçən gecə baş verəcək və yarımkölgəli olduğundan adi gözlə görmək çətin olacaq.
AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Azvision.az -a verilən məlumata görə, təbiət hadisəsi bu gün Bakı vaxtı ilə saat 21:08-də başlayacaq və saat 01:12-də sona çatacaq. Tutulma maksimum olaraq saat 23:11-də baş verəcək və Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq.

Tutulmanın maksimum fazasında Ay adi bədirlənmiş (dolu) aydan bir az tünd görünəcək. Ay tutulması Azərbaycanda da müşahidə olunacaq.

Azvision.az



Teqlər: Rəsədxana   Ay  





Xəbər lenti