Badamdardakı sürüşmənin səbəbi açıqlandı

 Badamdardakı sürüşmənin səbəbi açıqlandı
  09 Yanvar 2020    Oxunub:2819
"Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə sahəsində aktivlik davam edir".
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O, bildirib ki, ilkin araşdırmaların nəticələrinə görə sürüşmənin məişət sularının torpağa axıdılması və atmosfer çöküntülərinin təsiri nəticəsində torpaq kütləsinin ağırlaşması səbəbindən baş verdiyi ehtimal olunur.

Araşdırma və müşahidələr davam etdirilir.

Azvision.az



Teqlər: Badamdar   Sürüşmə  





Xəbər lenti