Bakıdan Cocuq Mərcanlıya ilk avtobus reysi açılıb

Bakıdan Cocuq Mərcanlıya ilk avtobus reysi açılıb
  09 Yanvar 2020    Oxunub:1971
Yanvarın 9-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Cocuq Mərcanlı istiqamətində ilk avtobus reysi açılıb.
Azvision.az xəbər verir ki, paytaxtdan Cocuq Mərcanlı istiqamətində 2 müntəzəm və 4 qeyri-müntəzəm xətt üzrə ümumilikdə 6 avtobus sərnişinlərin xidmətində olacaq.

Müntəzəm marşrut xətti üzrə Bakı-Sabirabad-Saatlı-İmişli-Daşburun-Horadiz-Cocuq Mərcanlı, qeyri-müntəzəm xətt üzrə Bakı-Cocuq Mərcanlı trayektoriyası əhatə olunacaq. Artıq ilk avtobus Cocuq Mərcanlıya çatıb.

Xatırladaq ki, ötən ilin sonunda Cocuq Mərcanlıya 3 istiqamətdə – Sumqayıt, Mingəçevir və Gəncə istiqamətində xətlər istifadəyə verilib.

Azvision.az



Teqlər: Cocuq-Mərcanlı   Avtobus  





Xəbər lenti