Ramil Hüseynə yeni vəzifə verildi

 Ramil Hüseynə yeni vəzifə verildi
  09 Yanvar 2020    Oxunub:3928
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Ramil Hüseyn Mərkəzdə icraçı direktorun müavini vəzifəsinə təyin olunub.
Azvision.az xəbər verir ki, bu barədə İİTKM-in icraçı direktoru Vüsal Qasımlı əmr imzalayıb. Ramil Hüseyn bu vaxta qədər İİTKM-in Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki R.Hüseyn Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 2015-2016-cı illərdə qonaq professor kimi İngiltərə Newcastle Universitetində tədqiqat aparıb. Həmçinin FAO və Katoloniya Universitetinin birgə təşkil etdiyi dövlət proqramlarının təsirinin qiymətləndirilməsi üzrə proqramı bitirib.

2006-2016-cı illərdə Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutunda aparıcı elmi işçi və şöbə müdiri vəziflərində işləyib. Eyni zamanda 2011-2016-ci illərdə BMT-nin Ərzaq və Kənd Təsərüfatı Təşkilatının (FAO) ölkəmizdə həyata keçirtdiyi müxtəlif layihələrdə milli məsləhətçi olub. Dövlət iqtisad Universitetində pedaqoq kimi fəaliyyət göstərib.

Azvision.az


Teqlər: İqtisadi   İslahat   Mərkəz  





Xəbər lenti