İki ev, bir maşın yandı
İsmayıllı rayonunun İvanovka kəndində ümumi sahəsi 52 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Şəki şəhərinin Aşağı Göynük kəndində "Opel" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.
Yanğınların hər biri yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Azvision.az