Bakıdan İrana uçuşlar təxirə salınmayacaq

   Bakıdan İrana uçuşlar təxirə salınmayacaq
  08 Yanvar 2020    Oxunub:1815
AZAL və “Buta Airways” aviaşirkətləri hal-hazırda İran istiqamətində və bu ölkənin ərazisi üzərindən keçməklə yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.
Azvision.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aşağıbüdcəli “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır.

Aytən Zəhra
Azvision.az


Teqlər: AZAL   Təyyarə   ButaAirways  





Xəbər lenti