Yeni komitə sədri kimdir? - DOSYE

 Yeni komitə sədri kimdir? -   DOSYE
  08 Yanvar 2020    Oxunub:50140
Xəbər verdiyimiz kimi, bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr təyin olunub. Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Anar Quliyev təyinat alıb.
Azvision.az -ın məlumatına görə, A.Quliyev 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Respublikasının Milli Aviasiya Akademiyasının İqtisadiyyat fakültəsini İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bitirib, mühəndis-iqtisadçıdır.

1999-cu ildə əmək fəaliyyətinə Dövlət Əmlak Komitəsində mütəxəssis kimi başlayıb, 2000-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyində mütəxəssis, aparıcı mütəxəssis, 2001-2005-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş mütəxəssis, böyük məsləhətçi, 2005-2009-cu illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda investisiyaların təşviqi üzrə direktor vəzifələrində çalışıb.

2009-2016-cı illərdə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində şöbə müdirinin müavini, şöbə müdiri, 2016-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyində direktorun müşaviri, aparat rəhbəri vəzifələrində işləyib.

2018-ci ildə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparatının rəhbəri vəzifəsində çalışıb. Prezidentin 19 iyun 2019-cu il tarixli sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyinat alıb.

Dövlət başçısının 16 may 2014-cü il tarxili sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medal ilə təltif olunub.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Komitə   AnarQuliyev  





Xəbər lenti