Azərbaycanlı gənc ABŞ-da qəzaya düşdü - Ayağı amputasiya edildi
Azvision.az xəbər verir ki, həmyerlimiz Cahid Şahbazov yanvarın 6-da yol qəzasına düşüb. O, öz avtomobilinin yük yerindən şəxsi əşyalarını götürən zaman başqa bir nəqliyyat vasitəsi ona çırpılıb.
ABŞ-da yaşayan azərbaycanlılar C.Şahbazovun tibbi xərclərinə yardım etmək üçün kampaniyaya başlayıblar.
Anar Kəlbiyev
Azvision.az