Samux rayonunun Qarayeri qəsəbəsində ümumi sahəsi 56 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar 40 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı 2 nəfər xəsarət alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.