Ağstafada raket və top mərmiləri aşkarlanıb
Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 3 ədəd 100 mm-lik top mərmisi (OF-412) və 1 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7L), Tatlı kəndi ərazisində aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində isə 2 ədəd 130 mm-lik top mərmisi (BR-482) və 1 ədəd 122 mm-lik top mərmisi (OF-56) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş mərmilərin ətrafında 320 kv/m əraziyə yerüstü, 160 kv/m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və ya qurğu aşkarlanmayıb.
Azvision.az