Nazirliklə Komitə arasında illik fəaliyyət planı imzalanıb

Nazirliklə Komitə arasında illik fəaliyyət planı imzalanıb
  07 Yanvar 2020    Oxunub:1818
Müdafiə Nazirliyi (MN) ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2020-ci il üçün birgə fəaliyyət planı imzalanıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, sənədə əsasən keçiriləcək tədbirlərin yeri, icra vaxtı, icraya məsul qurumlar və şəxslər müəyyən edilib.

İl ərzində Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində təşkil ediləcək görüşlərdə Azərbaycançılıq ideyası, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq və digər mövzularda tədbirlər keçiriləcək.

Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi   Komitə  





Xəbər lenti