Ordubad Rayon Uşaq Xəstəxanası yaradılır

Ordubad Rayon Uşaq Xəstəxanası yaradılır
  07 Yanvar 2020    Oxunub:2905
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Ordubad Rayon Uşaq Xəstəxanasının yaradılması haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncamla publik hüquqi şəxs statuslu Ordubad Rayon Uşaq Xəstəxanası yaradılır.

Qeyd olunub ki, Muxtar respublikada uşaqların sağlam böyüməsi üçün tibbi xidmətlərin keyfiyyətinin artırılması və müasir tələblərə uyğunlaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması bu sahədə görülən işlərin davamıdır. Ordubad rayonunda əhalinin sayının 50 min nəfəri keçməsi uşaq xəstəxanasının yaradılmasını zəruri edib.

Azvision.az



Teqlər: Naxçıvan   Xəstəxana  





Xəbər lenti