“Azərenerji”yə ödənişlər 100 faiz təmin edilib - Vüqar Əhmədov

 “Azərenerji”yə ödənişlər 100 faiz təmin edilib -    Vüqar Əhmədov
  07 Yanvar 2020    Oxunub:3483
"Dörd il bundan əvvəl yaradılan “Azərişıq” Səhmdar Cəmiyyəti sizin sayənizdə irimiqyaslı işlər görüb. Bu gün “Azərişıq” Səhmdar Cəmiyyəti istehlakçıları fasiləsiz elektrik enerjisi ilə 100 faiz təmin edir".
Azvision.az xəbər verir ki, bunu Vüqar Əhmədov “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsinə təyin olunması ilə əlaqədar Prezident İlham Əliyevin qəbulunda deyib.

“Azərişıq” ASC-nin yeni sədri bildirib ki, bu günədək 70-dən artıq 110 kilovoltluq və təqribən 300-dən çox 35 kilovoltluq yarımstansiya tikilib və ya əsaslı təmir edilib: "İndiyədək 1 milyon 200 mindən çox yeni sayğac quraşdırılıb ki, bu da itkilərin qarşısının alınmasında mühüm rol oynayıb. Şəbəkənin qoyuluş gücü 9 min meqavatamperdən 13 min meqavatamperə çatdırılıb. Baş verən qəzaların aradan qaldırılması üçün məsafədən idarə olunan dörd avtomatik idarəetmə mərkəzi yaradılıb. Yığım 95 faizə çatdırılıb, “Azərenerji”yə ödənişlər 100 faiz təmin edilib. Hazırda 56 rayonun paylayıcı elektrik şəbəkəsi üzrə 13 min 500-dən artıq transformator məntəqəsinin yenisi ilə əvəz olunması işləri davam etdirilir".

Azvision.az


Teqlər: Azərişıq   VüqarƏhmədov  





Xəbər lenti