Xarkovda Nizami Gəncəvinin heykəli ucaldılacaq

Xarkovda Nizami Gəncəvinin heykəli ucaldılacaq
  07 Yanvar 2020    Oxunub:2706
2020-ci ildə Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda Nizami Gəncəvi adına parkın açılması və orada dahi mütəfəkkirin heykəlinin ucaldılması nəzərdə tutulur.
Bu barədə Azvision.az -a Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib. Bildirilib ki, artıq bununla bağlı sənədləşmə işləri yekunlaşmaq üzrədir. Park şəhərin mərkəzi hissələrində olacaq.

Bundan başqa cari il ərzində Ukraynada Azərbaycan Mədəniyyət günləri keçiriləcək.

Qeyd edək ki, son iki ildə Ukraynada Müslüm Maqomayev və Nəsiminin heykəlləri ucaldılıb.

Azvision.az



Teqlər: Xarkov   Nizami-Gəncəvi  





Xəbər lenti