Almaniyada Azərbaycan vətəndaşları saxlanıldı

   Almaniyada Azərbaycan vətəndaşları saxlanıldı
  06 Yanvar 2020    Oxunub:3078
Almaniya polisi əcnəbilərə qarşı reyd keçirib.

Azvision.az Trend-ə istinadən xəbər verir ki, Rostok şəhər dəmiryolu vağzalında keçirilən reyd zamanı Makedoniya, Əfqanıstan, İraq, Suriya, Çili və Azərbaycan vətəndaşları olan 19 əcnəbi saxlanılıb.
Onların sənədlərinin qaydasında olmadığı müəyyən edilib. Rostok şəhər Federal Məhkəməsi ötən gün keçirdiyi ilkin iclasında saxlananların hər birini yaşayış qanununu pozduğuna görə, 2430 avro məbləğində cərimələyib.

Növbəti iclasda həmin şəxslərin ölkədən deportasiya edilməsi ilə bağlı qərar çıxarılacağı gözlənilir.

Azvision.az


Teqlər: Almaniya   Polis   Reyd  





Xəbər lenti