Aprel şəhidi Raquf Orucovun atası vəfat edib

   Aprel şəhidi Raquf Orucovun atası vəfat edib
  06 Yanvar 2020    Oxunub:5684
Aprel şəhidi, polkovnik-leytenant Raquf Orucovun atası vəfat edib.

Bu barədə Azvision.az -a şəhid polkovnikin həyat yoldaşı Sevinc Alızadə məlumat verib. Onun sözlərinə görə, İbrahim Orucov bu gün səhər saatlarında Sumqayıt şəhərində dünyasını dəyişib. Mərhum Sumqayıtda dəfn olunacaq.
Xatırladaq ki, polkovnik-leytenant Raquf Orucov Aprel döyüşlərində şəhid olub. "Murov qartalı" ləqəbli əfsanəvi kəşfiyyatçı 26 il vətən yolunda xidmət edib. O, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!



Anar Kəlbiyev
Azvision.az



Teqlər: RaqufOrucov   Şəhid   Ata  





Xəbər lenti