Bakcell və “ASAN Məktub” uşaqlar üçün bayram şənliyi təşkil edib
“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” layihəsinin əsas məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək və cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır. Layihə çərçivəsində uşaqların yazdığı məktublar www.asanmektub.az saytına yerləşdirilir və onların arzu və istəkləri müxtəlif şirkətlər və xeyirxah vətəndaşlar tərəfindən gerçəyə çevrilir. Bakcell şirkəti layihəyə həmçinin mobil rabitə dəstəyi göstərir.
Bakcell xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək, onlar üçün bərabər hüquqların, inklüziv təhsil imkanlarının təmin edilməsinə yönəlmiş bir çox layihələrdə fəal iştirak edərək minlərlə uşağa dəstək göstərib. “ASAN Məktub” layihəsi ilə uzunmüddətli tərəfdaşlıq Bakcell şirkətinə uşaqları sevindirmək və onların saf arzularını həyata keçirmək üçün daha böyük imkan yaradıb.
Azvision.az
Teqlər: Bakcell ASANməktub