Təcili yardım maşını qəzaya düşdü - Yaralılar var
Azvision.az quruma istinadən xəbər verir ki, Mais Mustafa oğlu Kərimovun idarə etdiyi 90-JB-417 dövlət nömrə nişanlı təcili tibbi yardım maşını stansiyanın yaxınlığındakı qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərib.
Qəzanın nəticələri saat 06:45-də aradan qaldırılıb və qatarların hərəkəti bərpa olunub.
İlkin araşdırma nəticəsində məlum olub ki, təcili yardım maşınının sürücüsü “Yol hərəkəti haqqında Qanun”un 44-cü maddəsinin tələblərini pozub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Azvision.az