Bakıda fitnes müəllimi zalda dünyasını dəyişdi

Bakıda fitnes müəllimi zalda dünyasını dəyişdi
  05 Yanvar 2020    Oxunub:7028
Bakıda İnam Bayramov adlı fitnes müəllimi idman zalında dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə idmançının əmisi Tərlan Bayramov sosial şəbəkədə yazıb. 27 yaşlı İnam qəfildən yerə yıxılıb. Təcili Tibbi Yardım çağırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Onun ürəktutmadan öldüyü ehtimal edilir. Mərhum bu gün Salyanın Kür Qaraqaşlı kəndində dəfn olunacaq.

Azvision.az




Teqlər: Fitnes   Müəllim  





Xəbər lenti