Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
  04 Yanvar 2020    Oxunub:1938
Məzahir Pənahovun sədrliyi ilə yanvarın 4-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
MSK-nın Media və ictimai əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, əvvəlcə komissiyanın 28 dekabr 2019-cu ildə keçirilmiş iclasının protokolu təsdiq olunub.

Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası ilə bağlı məsələyə baxılıb və 5 387 600 (beş milyon üç yüz səksən yeddi min altı yüz) seçki bülleteninin mətbəə üsulu ilə hazırlanması qərara alınıb.

Komissiyanın iclasında qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərdə Vahid Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə də baxılıb və sözügedən siyasi partiya tərəfindən təqdim olunan şəxslər səlahiyətli nümayəndələr kimi qeydə alınıb.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin 116 saylı Qəbələ seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilib və cari məsələlərə baxılıb.

Azvision.az



Teqlər: MSK   Seçki  





Xəbər lenti