Bakıda 8 nəfər liftdə köməksiz vəziyyətdə qaldı

  04 Yanvar 2020    Oxunub : 1157
Bakıda 8 nəfər liftdə köməksiz vəziyyətdə qaldı
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal, Binəqədi və Səbail rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub.
Azvision.az -ın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2-si azyaşlı olmaqla 8 nəfərin liftdən çıxarılması təmin edilib.

Azvision.az

Teqlər: FHN