Beş piyada yol qəzasının qurbanı oldu

   Beş piyada yol qəzasının qurbanı oldu
  02 Yanvar 2020    Oxunub:3475
Yanvarın 1-də 5 piyada yol qəzasında ölüb.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, 2019-cu il dekabrın 31-də Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Ramazanov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Füzuli rayon sakini Şəhriyar Cəfərovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada yanvarın 1-də orada ölüb.

Yanvarın 1-də saat 2 radələrində paytaxtın Nizami rayonu ərazisində Şirvan şəhər sakini S.Mehdiyev idarə etdiyi “Opel” markalı avtomobillə 45-50 yaşlı kişini vurub və nəticədə piyada hadisə yerində ölüb.

Həmin gün saat 22 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini F.Səfərli idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Elnar Eynullayevi vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Eyni tarixdə saat 18 radələrində Abşeron rayonunun Görədil qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Quliyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub və həmin şəxs hadisə yerində ölüb.

Yanvarın 1-də saat 7 radələrində Sabirabad şəhəri ərazisində Saatlı rayon sakini M.Sarıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən şəhər sakini Vüsal Əkbərovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisələrin hər biri ilə bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Yol   Qəza   Piyada  





Xəbər lenti