Kürdəmirdə “VAZ”la "KamAz" toqquşub - Ölən var

Kürdəmirdə “VAZ”la "KamAz" toqquşub -    Ölən var
  02 Yanvar 2020    Oxunub:3312
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Kürdəmir rayonunda “VAZ” markalı minik avtomobili ilə “KamAZ” markalı yük avtomobili toqquşub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1969-cu il təvəllüdlü Paşayev Raqif Süleyman oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: Kürdəmir   Qəza  





Xəbər lenti