“Qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edilib” - İlham Əliyev

“Qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edilib” -   İlham Əliyev
  01 Yanvar 2020    Oxunub:2894
2019-cu il arxada qalır. Bu il ölkəmiz üçün uğurlu il olub. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, Azərbaycan öz inkişaf yolu ilə uğurla gedib.
Azvision.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində səsləndirib.

Dövlətimizin başçısı 2019-cu ilin yekunları barədə danışarkən bildirib ki, ölkəmiz sabitlik, əmin-amanlıq şəraitində yaşayıb.

“Dünyada gedən proseslər göz qabağındadır. Dünyanın müxtəlif yerlərində, bizim yerləşdiyimiz regionda, postsovet məkanında, Avropada, Asiyada, Latın Amerikasında münaqişələr, müharibələr, qanlı toqquşmalar, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının tapdalanması geniş vüsət almışdır. Azərbaycan isə sabitlik məkanıdır, inkişaf məkanıdır. Bu, bizim böyük nailiyyətimizdir. Azərbaycan xalqı 2019-cu ildə təhlükəsizlik şəraitində yaşamış, qurmuş, yaratmışdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti