Leyla Əliyevanın təşəbbüsü ilə növbəti xeyirxah aksiya

Leyla Əliyevanın təşəbbüsü ilə növbəti xeyirxah aksiya
  30 Dekabr 2019    Oxunub:3486
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə milli nağıl qəhrəmanı Cırtdan Azərbaycan bölgələrində yaşayan uşaqlara Yeni il hədiyyələrini çatdırıb.
Azvision.az xəbər verir ki, Xızı, Quba, Siyəzən, Şabran, Yevlax, Astara, Lerik, Ağcabədi, Şəki, Qax, Lənkəran, Masallı, Zaqatala, Balakən, Ucar, Zərdab rayonlarının balaca sakinlərinə şən musiqi sədaları altında Yeni il hədiyyələri çatdırılıb. Sevimli milli nağıl qəhrəmanı Cırtdan tərəfindən bayram sovqatı təqdim edilib, şən animatorlar uşaqları öz məzəli oyunları ilə sevindiriblər.

Leyla Əliyevanın bu təşəbbüsü hətta Azərbaycanın ən ucqar rayonlarındakı uşaqlara belə Yeni il ərəfəsində böyük xoşbəxtlik və bayram əhvalı bəxş edib.

Azvision.az



Teqlər: Leyla-Əliyeva   Uşaqlar   Yeni-İl   Hədiyyə  





Xəbər lenti