Müdafiə naziri əsgər valideynlərinin suallarını cavablandırdı - FOTOLAR+VİDEO

   Müdafiə naziri əsgər valideynlərinin suallarını cavablandırdı -    FOTOLAR+VİDEO
  30 Dekabr 2019    Oxunub:2337
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dekabrın 30-da hərbi hissələrdə əsgər valideynləri və yaxınlarının, ictimaiyyət nümayəndələri və mədəniyyət işçilərinin iştirakı ilə “Açıq qapı günü” keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti döyüş zonasında yerləşən hərbi hissələrdən birində keçirilən “Açıq qapı günü” tədbirində iştirak edib.



Müdafiə Nazirliyinin rəhbərliyi ilə keçirilən görüşdə valideynləri maraqlandıran məsələlər müzakirə olunub və onların sualları cavablandırılıb. Əsgər valideynlərini dinlədikdən sonra nazir bir sıra məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib.



Nazir və digər rəhbər şəxslər əsgər yaxınları, valideynləri ilə birlikdə bayram şənliyində iştirak edib, şəxsi heyətə bayram hədiyyələri təqdim olunub.

“Açıq qapı günü”ndə hərbi hissəyə gələn vətəndaşlar hərbi hissələrdə yaradılan şəraitlə yaxından tanış olub, xidməti və inzibati binalara, əsgər yataqxanaları və yeməkxanaya baş çəkiblər.

Şəxsi heyət üçün təşkil olunan bayram konsertindən sonra Müdafiə naziri hərbi qulluqçular və ziyarətçilərlə birlikdə bayram süfrəsi arxasında nahar edib.



















Azvision.az


Teqlər: Müdafiənaziri   ZakirHəsənov  





Xəbər lenti