Romada həmrəylik günü qeyd olunub

Romada həmrəylik günü qeyd olunub
  30 Dekabr 2019    Oxunub:2355
Roma şəhərində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarına həsr olunmuş təntənəli tədbir keçirilib.
Azvision.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və İtaliya Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə gerçəkləşən tədbirdə bu ölkədə yaşayan azərbaycanlılar və xarici qonaqlar iştirak ediblər.

Tədbirdə Koordinasiya Şurasının Roma üzrə əlaqələndiricisi Fərid Abbasov və ölkəmizin İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə çıxış ediblər.

Natiqlər bir neçə gündən sonra başa çatacaq 2019-cu ilin yekunlarından, Vətənimizin əldə etdiyi nailiyyətlərdən, İtaliya Azərbaycanlıları Koordinasiya Şurasının məqsəd və planlarından, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən və əhəmiyyətindən danışaraq bütün soydaşlarımızı qarşıdan gələn bayramlar münasibətilə təbrik ediblər. Tədbir bədii hissə ilə davam edib.

Azvision.az



Teqlər: Həmrəylik   Diaspora  





Xəbər lenti