Ölkəmizdə hemofiliyalı xəstələrin sayı açıqlanıb

Ölkəmizdə hemofiliyalı xəstələrin sayı açıqlanıb
  30 Dekabr 2019    Oxunub:2295
Hazırda Respublikamızda 1667 hemofiliyalı xəstə qeydiyyatdadır.
Azvision.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin geniştərkibli kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, bu xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, davamlı faktor preparatları ilə təmin olunması nəticəsində onların həyat keyfiyyətinin yaxşılaşmasına və bu xəstəlikdən yaranan əlilliyin və ölüm hallarının azaldılmasına nail olunub.

Qanın bədxassəli xəstəlikləri ilə xəstələnmənin və bu səbəbdən ölüm hallarının yüksək göstəriciləri, bu xəstəliklərə əsasən, əmək qabiliyyətli yaşda olan insanların və uşaqların düçar olması, müayinə və müalicə xərclərinin çox baha olması bu insanlar üçün ağır yük idi.

Azvision.az


Teqlər: Hemofiliya   Xəstəlik  





Xəbər lenti