Bir həftədə 4 nəfər içkidən zəhərlənərək ölüb - AQTA sədri
AQTA sədri bayram günlərində qidalanma ilə bağlı əhaliyə və ictimai iaşə obyektlərinin rəhbərlərinə müraciət edib. Bildirib ki, bayram günlərində ictimai iaşə obyektlərində müraciət və istehlak çox olur: "Yeni il bayramı ilə əlaqədar müxtəlif ictimai iaşə müəssisələrində, restoran, şadlıq saraylarında hazırlıq gedir. Ailələr də fərdi qaydada bayrama hazırlıq edirlər. Bu günlərdə hər bir vətəndaş özü də qida nəzarətçisinə çevrilməlidir. İctimai iaşə obyektlərinin sahiblərini daha diqqətli olmağa səsləyirik. Onlar öz məsuliyyələrini dərk etməlidilər. Qış turizmi ilə əlaqədar Azərbaycana çoxlu sayda xarici vətəndaşlar gəlir. Onlar həm işgüzar səfərə, həm də turist kimi gəlirlər. Bu məqsədlə ictimai iaşə obyektlərinin sahiblərinə səslənirəm ki, onlar ölkənin imicini də nəzərə almalıdırlar, hər hansı yanlış hərəkət Azərbaycanın nüfuzuna mənfi təsir göstərə bilər".
Aytən Zəhra
Azvision.az
Teqlər: AQTA