Bayram günlərində milli parklara giriş pulsuz olacaq

Bayram günlərində milli parklara giriş pulsuz olacaq
  30 Dekabr 2019    Oxunub:2211
Bayram günlərində bütün milli parklara ziyarət pulsuz olacaq. Bu günlərin hava proqnozu təbiətə səyahət üçün əlverişli fon və yüksək əhval-ruhiyyə yaradacaq.
Azvision.az -ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyevə deyib. Onun sözlərinə görə, Azərbaycanda ziyarət üçün kifayət qədər gözəl məkanlar mövcuddur.

"Məsələn, Avropanın ən böyük ceyran populyasiyası olan Şirvan milli parkını göstərmək olar. Şirvan milli parkında havanın temperaturu 10-13 dərəcə dərəcə təşkil edəcək. Bildiyiniz kimi, hazırda quşların miqrasiya dövrü bitib və on minlərlə, yüz minlərlə quş ölkəmizə qışlamağa gəlib. Onların qışlama ərazisi Ağgöl və Qızılağac milli parklarıdır. Havanın temperaturu bu ərazidə 10-14 dərəcəyə yaxın olacaq.Göygöl, istər yay olsun, istər qış, həmişə gözəldir. Yayda yaşıl olan meşələrimiz indi sarı və qırmızı rəngdə boyanıb. Səyahətçiləri Göygöl və Maralgölün gözəlliyi valeh edəcək. Havanın temperaturu burada 9-11 dərəcə isti, gecəyə doğru isə 2 dərəcə şaxta olacaq. Qar və qış istirahət növlərinin həvəskarları isə Şahdağ milli parkını ziyarət edə bilərlər. Gündüz saatlarında orada havanın temperaturunun 0-5 dərəcə isti, gecə isə 3-8 dərəcə şaxtaya yaxın olacağı gözlənilir. Şahdağ ziyarətçiləri üçün ən yaxşı sürpriz isə əraziyə gətirilən zubrlar və yeni dünyaya gətirilmiş zubr balası olacaq ki, onu da Şahzubar adlandırıblar", - deyə ETSN rəsmisi qeyd edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti