Bakıda bir ailə viskidən zəhərlənib, 2 restoran bağlanıb

Bakıda bir ailə viskidən zəhərlənib, 2 restoran bağlanıb
  30 Dekabr 2019    Oxunub:4000
"101 adda müxtəlif əmtəə nişanlı spirtli içkilər ictimai iaşə obyektlərindən laborator müayinələrə cəlb edilib".

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bu gün keçirilən mətbuat konfransında deyib.
AQTA sədri bildirib ki, ilk fakt dekabrın 23-də "Baku City" kafesində qeydə alınıb: "Həmin andan ekspertlərlə respublikanın əlaqədar qurumları müəyyən tədbirlər həyata keçirib. 101 adda müxtəlif əmtəə nişanlı spirtli içkilər ictimai iaşə obyektlərindən laborator müayinələrə cəlb edilib. İki saat ərzində "Chivas Regal 12" kustar şəkildə saxtalaşdırılaraq istehlaka verilən içkinin tərkibində 76,6 faiz metil aşkar edilib. Bu da insan sağlamlığı üçün çox zərərlidir. Hüquq-mühafizə orqanları AQTA əməkdaşları ilə birgə operativ tədbirlərə başlayıblar, bununla bağlı birgə açıqlama verilib. "Baku city", "Everest", "Piano", "Madonna" restoranlarında zəhərlənmə faktları qeydə alınıb. Həmin ünvanlarda ekspertiza və yoxlamalar aparılıb. "Baku City" və "Everst"in fəaliyyəti məhdudlaşdırılıb. Hazırda "Piano" və "Madonna"da araşdırma aparılır",



Q.Təhməzli əlavə edib ki, "Haştaq" restoranında da bir fakt qeydə alınıb, bunula bağlı araşdırma aparılır: "Ötən gün "Madonna" restoranında bir ailənin üzvləri zəhərlənib. Onlarda da zəhərlənmə həmin viskidən olub. Metilin yüksək faizlə nisbəti aşkar edilib. Bu da insan orqanizmi üçün çox zərərlidir. Təəssüf ki, ictimai-iaşə obyektlərinin sahibləri həllə də kustar üsulla hazırlan içkiləri insanlara təqdim edirlər. Bir daha Azərbaycanın bütün ictimai iaşə obyektlərinin, şadlıq evlərinin, gecə barları, restoran, kafelərin rəhbərlərinə müraciət edirik ki, bu cinayət işidir. Bu texniki spirt olan metanolun Binəqədi rayonu Biləcəri qəsəbəsində kirayə götürülən evdə boş butulkalara doldurularaq ictimai-iaşə obyektləri vasitəsilə istehlaka verilməsi faktıdır. İctimai iaşə obyektlərinin sahibləri də məsuliyyətələrini dərk etməlidirlər. Cinayətdə əli olan bir neçə şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırma davam edir. Fakt aşkarlanan obyektlərin sayı 5-10 olsa da, aşkarlanan içkilərin sayı 10 minlərlə olub. Hüquq mühafizə orqanları da peşəkar işlərinə görə onlara təşəkkür edirəm''.

Aytən Zəhra
Azvision.az


Teqlər: AQTA   Zəhərlənmə  





Xəbər lenti