Vasif Talıbov fərman imzaladı

Vasif Talıbov fərman imzaladı
  30 Dekabr 2019    Oxunub:1807
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Azvision.az xəbər verir ki, fərmana əsasən, "Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası” təsdiq edilib.

Həmçinin, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin nümunəvi formasını təsdiq etməsi tapşırılıb.

Qeyd edək ki, fərman 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azvision.az


Teqlər: Naxçıvan   VasifTalıbov   Fərman  





Xəbər lenti