Sabahdan bir həftə iş olmayacaq

 Sabahdan bir həftə iş olmayacaq
  30 Dekabr 2019    Oxunub:3543
Sabahdan Azərbaycanda Yeni il bayramı ilə əlaqədar bir həftəlik tətil başlayır.

Azvision.az xəbər verir ki, dekabrın 31-dən 2020-ci ilin yanvarın 6-a qədər ölkədə qeyri-iş günü olacaq. Yanvarın 7-si, çərşənbə axşamı isə rəsmən iş günüdür.
Qeyd edək ki, Baş Nazir Əli Əsədov iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında Qərar imzalayıb. Qərara əsasən, 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib.

Azvision.az


Teqlər: Yeniil   Bayram   Tətil  





Xəbər lenti