Liftdə köməksiz qalan 8 nəfər xilas edilib

  29 Dekabr 2019    Oxunub : 1530
Liftdə köməksiz qalan 8 nəfər xilas edilib
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi, Nərimanov və Nəsimi rayonları üzrə ayrı-ayrı ünvanlarda liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 4 müraciət daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən biri azyaşlı olmaqla 8 nəfərin liftdən çıxarılması təmin edilib.

Azvision.az

Teqlər: FHN